Mən kiməm?
17 yaşımdan etibarən müxtəlif könüllülük və təcrübə proqramlarında iştirak edərək peşəkar təcrübə qazanmışam. Rəqəmsal marketinq üzrə təhsilimi praktik təcrübə ilə tamamlayaraq yerli və beynəlxalq müəssisələrdə fəaliyyət göstərmişəm. Hazırda Bakı Psixologiya Mərkəzində Rəqəmsal Marketinq Mütəxəssisi kimi çalışır, eyni zamanda Marcon Azərbaycanın qurucusuyam.

Portfolio
İxtisaslaşdığım sahələr
SEO
Vebsaytların axtarış sistemlərində həmçinin süni intellektlərdə daha görünən olması üçün texniki və on-page SEO işləri həyata keçirirəm. Məqsədim orqanik trafik və uzunmüddətli nəticələr əldə etməkdir.
Meta ads
Meta Ads platformasında reklam kampaniyalarının hazırlanması, idarə olunması və optimizasiyası sahəsində çalışmışam. Sadəcə meta ads ilə bağlı 30+ müəssisə üçün fəaliyyət göstərmişəm.
Google/Yandex/Tiktok ads
Google, Yandex və TikTok reklam platformaları ilə işləyərək müxtəlif kampaniyaların planlanması və idarə edilməsində təcrübə qazanmışam. Platformaların imkanlarından istifadə edərək fərqli marketinq hədəfləri üzərində çalışmışam.
Həftəlik/Aylıq kontent plan hazırlanması
Brendlərin hədəflərinə və auditoriyasına uyğun həftəlik və aylıq kontent planlarının hazırlanması, kontent strategiyasının qurulması və icrası istiqamətində fəaliyyət göstərmişəm.